Milli Şuranın mitinqinin vaxtı açıqlandı

Milli Şuranın mitinqinin vaxtı açıqlandı.Bu barədə AXCP sdəri Əli Kərimli öz facebook səhifəsində məlumat yayıb.

Əli Kərimli bunları qeyd edib: “Milli Şura gözlənilən qərarı verdi. Bu gün Milli Şura olaraq “Siyasi məhbuslara azadlıq! Repressiyalara son!” tələbilə mitinq keçirmək qərarına gəldik. Mitinq oktyabrın 12-də saat 3-də, Yasamal rayonundakı Məhsul stadionunda keçiriləcək. Mitinqin keçirilməsi şəhər icra hakimiyyəti ilə razılaşdırılacaq.

Ölkənin işıqlı insanlarına - siyasətçilərə, ziyalılara, vətəndaş cəmiyyəti fəallarına, gənclərə, inanclı insanlara qarşı repressiyalar o qədər genişlənib ki, artıq susmaq mümkün deyil. Haqsızlıq, zorakılıq, mənəviyyatsızlıq həddini o qədər aşıb ki, təkcə yazmaq, qınamaq kifayət deyil. Meydanlara çıxmaq lazımdır!”

AXCP sədri qeyd edib ki, mitinqin əsas tələbi heç də siyasi tələb deyil, insanlıq tələbidir: ““Siyasi məhbuslar azad edilsin!” tələbini bölüşən hər bir şəxs mitinqə dəvətlidir. Bu mitinqin keçirilməsi haqda qərar hansısa siyasi hesablamaların deyil, vicdanımızın səsidir. Vicdan borcumuzu yerinə yetirək, əsassız yerə həbs olunan, təqib edilən insanlara arxa duraq!”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar