Qırğızıstan koronavirusa görə borca girdi – BVF bu ölkəyə 121 milyon dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Qırğızıstanın COVID-19 pandemiyası ilə mübarizəsinə 120,9 milyon dollar ayrılmasını təsdiqləyib.

“AzPolitika.info” xəbər verir ki, BVF-nin direktoru Kristalina Georgieva martın 26-da deyib ki, COVID-19 pandemiyası Qırğızıstan iqtisadiyyatına ciddi zərbə vurub və təcili tədiyyə balansı ehtiyacı yaranıb. “Virusun yayılmasını dayandırmaqdan ötrü görülən aşırı tədbirlər bütün sektorlara təsirini göstərib,– o, sözlərinə əlavə edib.

BVF bu həftənin əvvəlində bildirmişdi ki, Qırğızıstan koronovirus başlananı fonddan yardım alan ilk ölkəyə çevrilə bilər.

Orta Asiya və Yaxın Şərqdə onlarla ölkə BVF-yə maliyyə dəstəyi üçün müraciət edib. Fond müraciətlərin baxılma mərhələsində olduğunu bildirir.

Qırğızıstanda koronavirusa 44 təsdiqlənmiş yoluxma halı aşkarlanıb, ölən yoxdur. Ekspertlər xəbərdarlıq edirlər ki, test qıtlığı yaşandığından infeksiyaların real sayını müəyyənləşdirmək çətindir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar