DÜŞMƏN TƏXRİBATININ QARŞISI ALINDI - Erməni hərbçi yaralandı (Yenilənib)

Bu gün saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

***

Ermənistan ordusunun hərbçisi Azərbaycan tərəfdən açılmış cavab atəşi nəticəsində yaralanıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat kartibi Şuşan Stepanyan bildirib. Məlumata görə, hadisə Ermənistanın Tavuş rayonu istiqamətindəki döyüş postunda baş verib.

Hərbçinin şəxsiyyəti barədə açıqlama verilməyib. Bildirilib ki, yaralanan müqavilə ilə xidmət keçən hərbçidir.

635x100

Şərhlər

BMT və AzKonstutca 2020-03-28 11:02:31

Hay gülləsi müftədir! Cavab hər dəfə YOX, qəti hesabi, birdəfəlik olmalıdır.

Son yazılar