"BAKIDA İCTİMAİ NƏQLİYYATIN FƏALİYYƏTİ DAYANDIRILA BİLƏR..." – BNA açıqladı

"Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilər". Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. 

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarlara əməl olunmasa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq: "Bakı şəhərində nəqliyyatın fəaliyyəti dayandırılmayıb. Sadəcə, ictimai nəqliyyatdan istifadə edənlərə xəbərdarlıq edilib. Əgər qoyulan qaydalara əməl olunmasa, insanlar evdə qalmayıb istədikləri zaman küçələrə çıxsalar, o zaman ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə BNA adından ölkədaxili, şəhərlərarası hərəkətin tamamilə qadağan odulması, Bakıda marşrut xətlərinin fəaliyyətinin dayandırılmasıyla bağlı xəbər yayılıb.

635x100

Şərhlər

Gulsurə 2020-03-27 18:57:05

Mən elə bir sahədə çalışıram ki, mütləq şəkildə nəqliyyatdan istifadə etməliyəm .

Son yazılar