Qalmaqallı hakimin məhkəməsi başladı

Həsən Əliyev hazırlıq prosesindəcə etiraz etdi, amma etirazı qəbul olunmadı

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin barəsində olan cinayət işi üzrə hazırlıq iclası keçirilib.“Azadlıq”a danışan vəkil Adəm Məmmədovun sözlərinə görə, məhkəmə baxışı oktyabr ayının 10-a təyin olunub. Proses hakim Mübariz Məmmədovun sədrliyi altında keçiriləcək.

“Hazırlıq iclası təxirə saldı. Zərərçəkmiş şəxs Ramazan Səlimov iddia edir ki, iş materiallarıyla tanış olmayıb. Təqsirləndirilən şəxs Həsən Əliyev də etiraz edirdi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədriylə bir yerdə işlədiklərini, dostluq münasibətləri olduğunu deyib. Ancaq məhkəmə bunu qəbul etmədi, işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Ramazan Səlimov Həsən Əliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsiylə bağlı vəsatət qaldırdı. Bu vəsatət də təmin olunmadı, rədd edildi”, - deyə vəkil Adəm Məmmədov qeyd edib.

Xatırladaq ki, ilkin versiyalara görə, iş adamı Ramazan Səlimov dövlət qurumlarında vəzifəyə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb.

Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib.

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Ancaq barəsində həbs-qətimkan tədbiri seçilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar