Dövlət orqanlarında çalışan uşaqlı qadınlara məzuniyyət verilə bilərmi? – Ekspert tətilləri uzatmağı təklif edir

Ölkədə koranavurus pandemiyasının yayılma təhlükəsini nəzərə alaraq, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Qərar qəbul edib.

Qərara əsasən, ölkə ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən olunur.

Müəyyən edilir ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Yaranmış situasiyada bəzi suallar açıq qalır. Məsələn, növbəti iş həftəsində dövlət qurumlarında çalışanların, xüsusən dəuşaqlı qadınların işə çıxması necə tənzimlənəcək? Normal şəraitdə uşaqlar məktəbə qoyduqdan sonra onlar işə gedirdi və beləliklə gündəlik həyat ritmi tənzimlənirdi.

Hazırda məktəblərin tətil müddəti aprelin sonuna qədər uzadılıb. Bu müddət ərzində Nazirlər Kabineti dövlət qurumlarında çalışan qadınlara əlavə məzuniyyət imkanı tanıya bilərmi?

İqtisadçı Rövşən Ağayev “AzPolitika.info”-ya bildirib ki, burda yalnız bir təklif ola bilər: “Hökumət vəziyyət normallaşana qədər iş tətillərinin müddətini ən azından həftə-həftə uzatmalıdır. Əgər özünütəcrid və tam iqtisadi karantindən danışırıqsa, hökumətin də edə biləcəyi ən vacib iş budur”.

Qeyd edək ki, Azərbaycanda koranavurus pandemiyasının yayılması təhlükəsi artdığından, sosial izolyasiya tədbirləri də gücləndirilib. Bu baxımdan nazirliiklərdə, baş idarələrdə və digər dövlət təşkilatlarında çalışan qadınların məktəb başlayana qədər işdən əmək haqqı saxlanılmaqla məzuniyyə buraxılmasına dair Nazirlər Kabinetinin xüsusi qərar verməsi məqsədəuyğun olardı.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar