NEFTDƏN AYLIQ QAZANCIMIZ NƏ QƏDƏR AZALIB? – Qubad İbadoğlu rəqəmləri açıqladı

Azərbaycanın 1 yanvar 2020-ci ilə əldə etdiyi resurs gəlirlərinin 98,2 faizini neft gəlirləri, 1,8 faizini qaz gəlirləri təşkil edib. Ölkəyə neft gəlirləri Azərbaycanın əsas neft yatağı olan Azəri-Çiraq-Günəşli (AÇG) yatağından, qaz gəlirləri isə Şah Dəniz yatağından əldə edilən hasilatın əsasında həyata keçirdiyi neft, qaz və kondensat məhsullarının xarici bazarlarda satışından daxil olur”.

“Azpolitika.info” xəbər verir ki, bu barədə tanınmış iqtisadçı alim, ABŞ-ın “Rutgers” universitetinin professoru Qubad İbadoğlu bildirib.

O, qaz ixracatında əldə edilən gəlirlərin resurs gəlirlərində payının az olmasını nəzərə alıb, sonuncu on illikdəyalnız neft hasilatı, neft qiymətləri və neft gəlirlərini hesablayıb.

Ekspert bildirib ki, AÇG yatağından neft hasilatının pik dövrü 2010-cu ildə qeydə alınıb. Həmin il ACG-dən hər gün orta hesabla 823 min barrel neft hasil olunub: “Ötən il gündəlik hasilat orta hesabla 535 min barrelə qədər aşağı düşüb. Bu, hətta 2006-cı ildə gündə 600 min barrel hasilatdan azdır. Bu il AÇG yatağından hasilatın ötən illə müqayisədə 5,3 faiz azalacağı gözlənilir. Bu o deməkdir ki, 2020-ci ildə AÇG-dən orta hesabla hər gün 506 min 645 barrel neft hasilatı gözlənir. Hesablamalara görə, ACG-dən çıxarılan 1 barrel neftin maya dəyəri daşınma xərci ilə birlikdə 15 dollar dollar təşkil edir”.

Q. İbadoğlunun sözlərinə görə, yeni neft qiymətlərinin mövcudluğu hazırkı şəraitdə öncə müxtəlif ssenarilər üzrə neft gəlirlərinin həcmini hesablamaqla görmək olar ki, müxtəlif qiymət səviyyələrində Azərbaycan neft ixracatından nə qədər qazanır.

Ekspert qeyd edib ki, AÇG yatağının məlumatları əsasında hesablamaları üçün baza məlumatı kimi gündəlik hasilatı 500 min barrel götürərək, 3 müxtəlif qiymət ssenarisi üzrə hesablama aparıb: 25, 30 və 35 dollar:

“1) 27 mart 2020-ci il tarixə, Azərbaycan neftinin dünya bazarında orta qiyməti 25 dollar olub. Bu halda gündəlik mənfəət nefti 5 milyon dollar (500.000 barrel x10 dollar) edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 10 dollar (25-15) fərq vardır. Hasilatın Pay Bölgüsü (HPB) sazişinə görə, 5 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi şirkətlər arasında bölünür. Bu halda mənfəət neftindən Azərbaycana 3,75 milyon dollar, SOCAR-da daxil olmaqla şirkətlərə HPB sazişində malik olduqları paya proporsional olaraq 1,25 milyon dollar çatır. Bu hesabla gündə 3,75 milyon dollar qazanc əldə edirilirsə, onda ayıq gəlir 112,5 milyon dollar olacaq.

2) Hesab edək ki, dünya bazarında Azərbaycan neftinin orta qiyməti 30 dollardır. Bu halda gündəlik mənfəət nefti 7,5 milyon (500.000 barrel x15 dollar) dollar edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 15 dollar (30-15) fərq vardır. Bu halda əldə edilən 7,5 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi SOCAR-da daxil olmaqla şirkətlər arasında HPB sazişində malik olduqları paya proporsional olaraq bölünür. Bu halda mənfəət neftində Azərbaycanın payı 5,625 milyon dollar, şirkətlərin payı isə 1,875 milyon dollardır. Bu hesabla gündə 5,625 milyon dollar qazanc əldə edilərsə onda ayıq gəlir 168,75 milyon dollar olacaq.

3) Hesab edək ki, dünya bazarında Azərbaycan neftinin orta qiyməti 35 dollardır. Bu halda gündəlik mənfəət nefti 10 milyon (500.000 barrel x 20 dollar) dollar edir. Çünki, maya dəyəri ilə satış qiyməti arasında 20 dollar (35-15) fərq vardır. 10 milyon dollarlıq mənfəət neftinin 75 faizi Azərbaycana çatır, 25 faizi SOCAR-da daxil olmaqla HPB sazişində malik olduqları paya proporsional olaraq şirkətlər arasında bölünür. Bu halda mənfəət neftində Azərbaycanın payı 7,5 milyon dollar, şirkətlərin payı isə 2,5 milyon dollardır. Bu hesabla gündə 7,5 milyon dollar qazanc əldə edilərsə onda ayıq gəlir 225 milyon dollar olacaq”.

Qubad İbadoğlu müqayisə üçün son on illikdə neftdən gələn gəlirləri açıqlayıb: “Azərbaycanın orta aylıq neft gəliri 2010-cu ildə 1,36 milyard, 2011-ci ildə 1,65 milyard, 2012-ci ildə 1,45 milyard, 2013-cü ildə 1,445 milyard, 2014-cü ildə 1,352 milyard, 2015-ci ildə 640 milyon, 2016-cı ildə 491 milyon, 2017-ci ildə 590 milyon, 2018-ci ildə 863 milyon, 2019-cu ildə 757 milyon dollar olub”.

Beləliklə, ekspertin hesablamalarına görə, neftin qiyməti 35 dollara yüksəlsə belə, aylıq qazancımız ötən illə müqayisədə təxminən 500 milyon az olacaq  

AzPolitika.info

635x100

Şərhlər

Azer 2020-06-11 13:36:21

Nefit basimizin belasidir derdimzin elaci deyil

Cavid 2020-03-29 12:19:26

Ay Qubad müəllim,neftin qiyməti artanda əhali nə görüb ki,azalanda nə görsün?Axı neft özəlləşdiyindən xalqa aidiyyatı yoxdur.Hələ qaz.pambıq,qızıl və digərləri.Nə qoyub nə axtarırsan!

Cavid 2020-03-29 12:19:13

Ay Qubad müəllim,neftin qiyməti artanda əhali nə görüb ki,azalanda nə görsün?Axı neft özəlləşdiyindən xalqa aidiyyatı yoxdur.Hələ qaz.pambıq,qızıl və digərləri.Nə qoyub nə axtarırsan!

AzNEFTdən Mübaliğə 2020-03-29 10:02:48

Mədən sərvətləri qanunla müqavilə bağlayanların ixtiyarında olur.

Son yazılar