Tanınmış vəkil Prezidentin təşəbbüsünə qoşuldu - Naxçıvan Dövlət Universitetinin məzunlarına müraciət etdi

Tanınmış vəkil Ceyhun Yusifov COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub. Belə ki, o, öz qazandığı məvacibinin bir hissəsini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.

Bu barədə "AzPolitika.info"-ya onun özü məlumat verib.

Ceyhun Yusifov ianəsini Naxçıvan Koronavirusla Mübarizə Dəstək Fonduna keçirməsinin səbəbini də izah edib: “Naxçıvanla ilk tanışlığım tələbəlik illərimə təsadüf edir. O vaxtlar maddi vəziyyətimin təhsilimi yarımçıq vəziyyətdə qoyacaq qədər pis olması və eyni zamanda ailəmdən uzaqda olmağım mənə olduqca çətin günlər yaşadırdı. Lakin bütün bunlara baxmayaraq ailəmdən hər nə qədər uzaq olsam da, Naxçıvan camaatının sevgi və qayğısı ilə əhatə olundum.

O çətin günlərdə mənə maddi və mənəvi dəstək olan onlarla Naxçıvan insanını tanıdım. Həyatımda və sahib olduqlarımda Naxçıvanın müstəsna rolu vardır. Mənə orada ömrümün sonuna qədər unutmayacağım yaxşılıqlar edilmişdir. Bildiyimiz kimi hal-hazırda Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

Mənim vəfa və insanlıq borcumdur ki, o çətin günlərimdə mənə qucaq açan, sevgi və humanizmlə məni əhatə edən Naxçıvana, sözügedən fonda öz imkanım daxilində yardım edim".

"Həmçinin Naxçıvan Dövlət Universitetinin bütün məzunlarına müraciət edirəm ki, gəlin bu missiyaya qoşulaq. Unutmayın, biz birlikdə güclüyük, - deyə Ceyhun Yusifov sonda bildirdi.

635x100

Şərhlər

SEYİD ƏNHU 2020-03-28 22:25:02

İMKANI OLAN NAXÇIVANDAKI ADAMLARIMIZA KÖMIK ETSİN, ÇÜNKİ ONLAR ZÜLÜMDƏDİR.

Son yazılar