İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

İspaniyada son 1 gündə daha 832 nəfər koronavirusun qurbanı olub. “Report” “Sky News”a istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.

Məlumata görə, krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8 189 nəfər artaraq 72 248 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 614 158-ə çatıb. Bunların 137 271 nəfəri sağalıb, 28 239 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

635x100

Şərhlər

Famil 2020-03-28 17:25:14

Bu xəbərləri bu tempdə vermək məncə düzgün deyil. Millət psixoloji stres içindədir. Qonşuda 3-cü sinifdə oxuyan qız uşağı səhərə kimi yatmır ağlayır ki mama mən də biz hamımız öləcəyik. Sizə aid deyil ey bu. Dovşana qaç tazıya tut deyənlərə aiddir.

Son yazılar