“KORONOVİRUS MÜHARİBƏLƏRİ” – Xüsusi xidmətlər “maska əməliyyatları”na başlayıblar!

Koronavirus epidemiyasının bütün dünyaya sürətlə yayılmaqda davam etdiyi bu ərəfədə qoruyucu maskalar və süni tənəffüs avadanlıqları dövlətlərin milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxıb. Məxfi xidmətlər və ordular da artıq bu prosesə daxil olaraq tibbi ləvazimatlar uğrunda ölüm-dirim mübarizəsinə başlayıb. ABŞ, Almaniya, İsrail, İtaliya, Yunanıstan, Tunis və Keniyanın kəşfiyyatlarının adının hallandığı “maska əməliyyatları”na dair ilkin məlumatlar mediaya sızmağa başlayıb.

“AzPolitika.info” xarici mediaya istinadla xəbər verir ki, başa vurmaqda olduğumuz həftə ərzində ölkələr arasında maska və epidemiyada xüsusi əhəmiyyəti olan tibbi cihazlar uğrunda mübarizə müşahidə edilib. Dövlətlər bir yandan maska və tibbi cihazların istehsalı və ya idxalı yollarını axtararkən, bəzi ölkələr bu ləvazimatları əldə etmək üçün ağlasığmaz addımlara gedirlər.

Almaniyanın 6 milyon maskası necə yoxa çıxdı?

“De Spigel” nəşrinin xəbərinə görə, Almaniyanın satın aldığı FFP2 növlü 6 milyon ədəd maska tranzit olaraq keçdiyi Keniya hava limanında “iz buraxmadan” yoxa çıxıb. Almaniya Müdafiə Nazirliyinin təsdiq etdiyi bu məlumatda qeyd edilib ki, federal hökumət 6 milyon maskanın pulunu ödəmədiyi üçün zərərlə üzləşməyib. Ötən həftənin cümə günü Almaniyaya çatmalı olan maskaların anidən “yoxa” çıxmasında başqa bir dövlətin rolunun olub-olmadığı açıq sual olaraq qalır.

Qeyd edək ki, Almaniyada koronavirusla mübarizə çərçivəsində satınalma və təminat məsələlərini ölkənin Müdafiə Nazirliyi həyata keçirir.

“Mossad” prosesə daxil olub...

İsrailin “Kanal 13” televiziyası kəşfiyyat xidməti olan “Mossad”ın İsrailin heç vaxt diplomtik əlaqələri olmayan ölkələrdən maska və tibbi avadanlıqlar gətirdiyini bildirib. Xəbərə görə, “Mossad” əməliyyatın nəticəsi olaraq ötən həftə İsrailə 100 min ədəd koronavirus testi gətirib, amma bu dəstlərdən koronavirus üçün istifadə edilmədiyi də ortaya çıxıb. “Mossad”ın yol verdiyi belə ciddi xətadan sonra vəziyyətdən çıxmaq üçün Baş nazir Benyamin Netanyahu “Test dəstləri başqa məqsədlər üçün istifadə ediləcək” açıqlamasını verməli olub.

“Mossad”ın İsrail ilə diplomatik əlaqələri olmayan, amma tibbi avadanlıq imkanları yüksək olan ərəb ölkələri ilə təmasa girərək nəticədə belə ciddi xətaya yol verdiyi ehtimal edilir.

Çexiya 700 min maskanı müsadirə edib

Tibbi ləvazimatların ölkə daxilindən xaricə çıxarılmasını qadağan edən Çexiya, Çinin İtaliyaya göndərmək istədiyi və bu ölkədəki anbarda saxlanılan maska və süni tənəffüs aparatlarını müsadirə edib. Rəsmi Roma koronavirus fəlakətinin yaşadığı bir ərəfədə ölkəyə gətirilməli olan tibbi ləvazimatların müsadirə edilməsinə sərt reaksiya göstərib. Rəsmi Praqa isə biabır olmamaq üçün Lesoviçe şəhərinə göndərilməsi üçün gözləyən 110 min maska məsələsində səhv etdiyini bildirib və qısa müddətə İtaliyaya nəzərdə tutulan tibbi malların çatdırılacağını bəyan edib. Bundan başqa, Çexiya məxfi xidmət qurumları 700 minə yaxın tibbi maskaya əl qoyublar.

Tunisin bir gəmi spirtini İtaliya kəşfiyyatı oğurlayıb?

Tunisin ticarət naziri Məhəmməd əl Museylini epidemiya nəticəsində başını itirən Avropa ölkələrinin tibbi avadanlıqlar oğurladığını açıqlayıb. Nazir deyib ki, ölkəsinə tibbi məqsədlə spirt daşıyan bir gəmiyə İtaliya əl qoyub. Bundan əvvəl Çindən yardım gələcəyini açıqlayan Tunis spirt daşıyan gəminin hansı ölkədən gəldiyini açıqlamayıb.

Almaniyanın “AFR” agentliyi isə İtaliyanın Yunanıstana gedən 1840 ədəd süni tənəffüs aparatını müsadirə etdiyini açıqlayıb. Gəmiyə yüklənmək ərəfəsində olan kantenerdə təsbit edilən avadanlıqların İtaliyadan çıxarılmasıa icazə verilməyib.

Almaniyanın “Welt am Sonntag” qəzeti isə alman hökumətindəki qaynaqlara istinadla yazıb ki, ABŞ Prezidenti Tramp Almaniya Səhiyyə Nazirliyi ilə əlaqəli olan Paul Ehrlich İnstitutu ilə virusun müalicəsi üçün vaksinlər və biotibbi dərmanlar istehsalı üzərində işləyən “KureVac” şirkətini ölkəsinə peyvəndlər hazırlamaq üçün həvəsləndirib. Bunun üçün virusa qarşı peyvənd üzərində çalışan Almaniyanın elm adamlarına böyük məbləğdə pul (rüşvət) təklif edib. Bu arada Almaniya Səhiyyə Nazirliyi və hökumətinin “KureVac”ın ölkədən ayrılmaması üçün maddi stimullar təklif etdiyi də önə sürülür. Qeyd edilir ki, şirkətin ABŞ-ın Boston şəhərində laboratoriyası mövcuddur.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar