“Yüzlərlə gənc qız Qərbi tərk edərək İŞİD-ə qoşulub...” - “The Guardian”

“Yüzlərlə gənc qadın Qərb ölkələrini tərk edərək islamçılara qoşulmaq üçün Yaxın Şərqə gedir”. Musavat.com-un məlumatına görə, bu barədə “The Guardian” qəzeti yazıb.

Qəzetin bildirdiyinə görə, onlardan bəzilərinin yaşı təxminən 14-15 arasıdır. “Onlar əsasən Suriyaya, cihadçılara ərə gedib onlara uçaq doğmaq üçün gedirlər. Az sayda gənc qadın isə silaha sarılır” – məqalədə deyilir. İlkin hesablamalara görə, gedən gənc qadın və qızları Avropanı, Şimali Amerika və Avstraliyanı tərk edib İŞİD-çilərə qoşulanların təxminən 10%-ni təşkil edir.

Onlar ən çox Fransada qeydə alınıb. Məlumatlara görə, artıq 63 fransız qadın Yaxın Şərqdədir. Daha 60 qadın isə götür-qoy edir. İngiltərədən 50-yə yaxın qadın İŞİD-ə qoşulub. ABŞ-dan gedənlərlə bağlı konkret məlumat yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar