ABŞ-da KORONOVİRUSDAN 200 MİN İNSANIN ÖLMƏSİ YAXŞI NƏTİCƏ OLAR - Trampdan açıqlama

ABŞ höküməti koronavirusa qarşı ciddi tədbirlər görməsəydi, iki milyondan çox vətəndaşımız öləcəkdi. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp bazar günü keçirilən mətbuat konfransı zamanı bəyan edib.

“Buna görə də 100-200 min insanın öləcəyi barədə proqnozları yaxşı nəticə saymaq olar”, - deyə Tramp əlavə edib.

Ağ Ev rəhbəri iki həftə ərzində ABŞ-da koronavirusdan ölüm səviyyəsinin artacağını da istisna etməyib.

O, həmçinin koronavirusun yayılmasına qarşı tədbirlərin aprelin 30-dək uzadılması barədə müvafiq göstəriş verdiyini bildirib.

ABŞ Prezidenti onu da əlavə edib ki, ölkəsinin koronavirus pandemiyasından bərpası iyunun 1-dən mümkün olacaq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar