Neftin qiymətində növbəti antirekord

“WTI” markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 ABŞ dollarından aşağı düşüb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 02:40-a Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 8.52% azalaraq 19,98 ABŞ dollarına qədər ucuzlaşıb.

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 4,65% azalaraq 26,6 ABŞ dollarına qədər ucuzlaşıb.

Qeyd edək ki, OPEC + ölkələri martın əvvəlində koronavirus pandemiyası fonunda neft hasilatını azaltmaq və ya müqavilənin parametrlərini dəyişdirmək ya da müddətini uzatmaq barədə razılığa gələ bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar