Daha iki şirkət Prezidentin təşəbbüsünə qoşuldu - Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Malibo” MMC və "Azəri Tikinti Şirkəti” MMC tərəfindən də dəstək göstərilib.

“AzPolitika.info”nun məlumatına görə, tikinti sektorunda fəaliyyət göstərən bu iki şirkət - “Malibo” MMC və “Azəri Tikinti Şirkəti” MMC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşularaq, koronavirusla mübarizə məqsədilə hər biri ayrılıqda Fonda vəsait köçürüblər.

Bundan əlavə, ölkə rəhbərliyinin çağrışına cavab olaraq hər iki şirkətdə heç bir ixtisar aparılmayıb və çalışan işçilərin əmək haqlarının əvvəlki qaydada ödənilməsi barədə qərar verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar