ƏHALİNİN KREDİT ÖDƏNİŞLƏRİNƏ TƏTİL VERİLƏCƏKMİ?- ABA rəhbərindən açıqlama

Banklar hökuməti gözləyirlər, hökumətdəki mənbələr isə...

Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı durğunluq dünyanın hər yerində əhalinin gəlirlərinin azalmasına səbəb olub. Buna görə də əksər ölkələrdə əhaliyə birbaşa yardımlardan əlavə, banklara olan kredit ödənişlərində tətillər tətbiq edirlər. Yaxın qonşularımız olan Gürcüstan, Türkiyədə belə tətil müddəti olaraq 6 ay müəyyənləşdirilib.

Bu gün xalqa müraciət edən Rusiya prezidenti Vladimir Putin hökumətə aprelin 20-dək qanunvericiliyə vətəndaşlara kredit tətillərinin verilməsinə dair müddəaların daxil edilməsini tapşırıb. Bu müddəalar bəzi qrup kiçik və orta sahibkarlara da aid ediləcək.

Qeyd edək ki, Putinin müraciətindən əvvəl ötən həftədən etibarən Rusiyanın əksər böyük bankları fiziki şəxslərə kredit ödənişlərində 3-6 aylıq tətil tətbiq ediblər.

Göründüyü kimi, əksər region ölkələrində əhalinin gəlirlərinin azalması fonunda xərclərinin də azalması üçün tədbirlər həyata keçirilir. 

Azərbaycanda virus epidemiyasının zərərlərini azaltmaq üçün Prezidentin sərəncamı ilə dövlət büdcəsindən 1 milyard manat ayrılıb. Bu vəsait epidemiyaya görə tətbiq olunan karantin rejimi və digər səbəbdən yaranan zərərlərin kompensasiya olunmasına yönəldiləcək. Bununla bağlı hökumət üzvlərindən ibarət olan 4 işçi qrup yaradılıb. Lakin hələlik bu qrupların təklifləri əsasında konkret addımların atılmasına başlanmayıb.

Müsbət haldır ki, hökumətin qərarlarını gözləmədən müxtəlif texnikaların satışı ilə məşğul olan bir sıra özəl şirkətlər əhaliyə ödəniş müddətində güzəştlər etməyə başlayıblar. "İrşad Telecom", "Kontakt Home" müştərilərinə ödənişləri 1 ay dayandırmaq hüququ veriblər.
Maraqlıdır ki, hələlik banklardan yalnız "PaşaBank" müştərisi olan və koronavirusa görə zərərə düşən müştərilərinə faiz ödənişlərində güzəşt edəcəyini açıqlayıb. Qalan banklardan hər hansı təşəbbüs nəzərə çarpmır.

Azərbaycan bankları belə bir təşəbbüslə çıxış edəcəklərmi? Sualımızı cavablandıran Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirdi ki, Azərbaycanda koronavirus epidemiyasına qarşı mübarizə, dəymiş zərərin konmensasiya olunması prosesi ölkə rəhbərliyinin birbaşa nəzarəti altında vahid mərkəzdən idarə olunur: “Dövlət başçısı bununla bağlı böyük həcmdə - 1 milyard manat vəsai ayırıb. Hökumətin iqtisadi blokunda yaradılan 4 işçi qrup hazırda təklifləri hazırlayır ki, kimlərə, hansı formada yardım olunsun. Dünyanın heç bir ölkəsində problemə belə operativ və kompleks yanaşma yoxdur. Biz ökəmizdə tətbiq olunan formatı çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün məsələlərlə bağlı qərarlar hökumət tərəfindən hərtərəfli ölçülüb-biçilərək qərar verilməlidir. Buna görə də gəlin, işçi qrupların işini başa çatdırmasını gözləyək. Bu müddət elə də uzun deyil, əminik ki, tezliklə müvafiq qərarlar qəbul olunacaq”.

Z.Nuriyevin sözlərinə görə, hazırda banklarda 20 min nəfər işləyir: “Biz çalışırıq ki, bank işçilərinin virusa yoluxmasının qarşısını alaq. Bunun ən yüksək tədbirlər həyata keçirilir. Əhalidən də xahiş edirik ki, banklarla bağlı işlərini maksimum İnternet üzərindən icra etməyə çalışsınlar. Banklara daha az gəlsinlər, gələndə də qorunma tədbirlərinə əməl etsinlər. Bir bank filialında bir nəfərin yoluxması həmin filialın işinin tamamilə dayanması deməkdir. Buna görə də hamımıs son dərəcə ehtiyatlı olmalıyıq”.

Azərbaycan hökumətində necə, kredit ödənişlərinə görə əhaliyə, xırda və orta sahibkarlara tətil verilməsi məsələsi gündəlikdə varmı? 

Hökumətdəki mənbələrimiz belə bir tədbirin hazırlanmaqda olan paketdə əksini tapacağını bildirdilər. Aldığımız məlumata görə, ödənişlərə verilən tətil müddəti üzrə əldə olunmayan gəlirə görə dövlət tərəfindən banklara müəyyən kompensasiyanın ödənməsi nəzərdə tutulur. (musavat.com)

635x100

Şərhlər

Obyektiv 2020-04-24 01:09:12

Istehlak kreditleri olan her bir vetendaşa (bu çetin erefelerde) heç olmazsa 2-3 ay guzeşt tetill tetbiq eleyin..

Obyektiv 2020-04-24 01:05:16

Istehlak kreditleri olan her bir vetendaşa (bu çetin erefelerde) heç olmazsa 2-3 ay guzeşt tetil

Obyektiv 2020-04-24 01:01:56

Neyi ve ne qeder gozlemediyim danişirsiniz?! "Işçi qrupunuz" "teklifler proqrami"ni hazirlayana qeder hefteler aylara keçir ve banklar da, (qelbsiz şekilde) ) odenişlerini isteyirler!

Obyektiv 2020-04-24 00:58:04

Neyi ve ne qeder gozlemediyim danişirsiniz?! "Işçi qry

Son yazılar