Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Gürcüstanda 114 Azərbaycan vətəndaşı müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hazırda qonşu ölkədə itttiham olunan 24 Azərbaycan vətəndaşı var ki, onların 18-i kişi, 6-sı isə qadındır.

Məhkum olunan 90 nəfərin isə 82-si kişi, 8-i qadındır.

Gürcüstanda probasiya nəzarətində 23 Azərbaycan vətəndaşı saxlanılır. Onların 21-i kişi, 2-si isə qadındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar