Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb

Qlobal təşvişə yol açan koronavirus pandemiyası ilə əlaqədar ümidverici açıqlama “Sanofi” və “Regeneron Pharmaceuticals” dərman şirkətlərindən gəlib.

“Report” “Reuters”ə istinadla xəbər verir ki, iki şirkət “Kevzara” adlı dərmanın 7 ölkədə sınamağa başlandığını açıqlayıb.

Dünyada 700 min civarında insanı ağuşuna alan koronavirusa qarşı dərmanın sınaqları ABŞ, İtaliya, İspaniya, Almaniya, Fransa, Kanada və Rusiyada keçiriləcək.

Şirkətlər təcrübələrin 300 nəfər üzərində aparılacağını bildiriblər. Bundan başqa, dərmanın xüsusilə durumu ağır və kritik xəstələr üzərində sınanacağı vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar