MM-də kommunal xərclərin sıfırlanması və kreditlərin dondurulması təklif olunub

“Hazırkı dövrdə vəziyyəti nəzərə alaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq: "Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var".

635x100

Şərhlər

t.ədalət 2020-03-30 12:48:11

Bu,heç cürə mümkün deyil.Əvvəllər dövlət kassasına mədaxil olunan pulların üzərində ciddi nəzarət var idi.Yəni,əhalidən daxil olunan ödənişlərin həcmi və onların xərclənməsi uçota götürülürdü.İyirmi ildən artıqdır ki,ancaq pulun daxil olmasına nəzarət olunur.Sonrakı taleyi isə nəzarətsiz qalır.Bu da onu göstərir ki,ödənilən pulların sahibi döğvlət yox,hakimiyyətdir.Özünkülüləşdirilmiş pulun dondurulmasına hakimiyyət heç vaxt icazə verməz.

Son yazılar