AZƏRBAYCANDA DAHA 64 NƏFƏR KORONAVİRUSA YOLUXDU - 3 nəfərin vəziyyəti ağırdır

Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.

Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan vəfat edib.

Azərbaycan Respublikasında son bir gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda bildirilib ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-03-31 17:04:53

Müəlif yazılarında xəstəxanalarda görsədilən həkim və xəstə görüntülərini özündə əks etdirən foto səhnələr sanki hamısı xarici ölkə səhiyyəsinin görüntüləridir. Ola bilirmi ki, bu görüntülər Azərbaycan səhiyyəsinin də görüntüllərini özündə əks etdirən görüntülər olsun.Sanıram bu həqiqətən də belədirsə sadəcə bizim həkimlərin fədəkarlıqlarının kölgədə qalmasından başqa bir şey deyildir

Aqahüseyin Aqayev 2020-03-30 21:08:18

Hörmətli Qərərğah rəhbəri biz buna əməl edirik və cox yaxş ki Cən.PREZDENT vaxtında lazımı tədbirləi ğördü.AMMA ümumiyətlə sahiyə nazirliyi ALVERLƏ məşquldur.QANKÖCÜRMƏ xəstəxanası səhiyə nazirliyinə tabe olduqu müddətdə dərmanlar DİREKTORA yaxın apteklər vastəsi iylə XƏSTƏLƏRƏ satılırdı.ŞÜKÜR ki,bu xəstəxananı TƏBİBƏ verdilər və yeni DİREKTOR ora təyin olundu.Quldurluq yuvası olan QANKÖCÜRMƏ xəstəxanasını TƏBİBİ verilməsində ora yeni DİREKTORUN təyin olunmasında zəhməti olan hər kəsin qarşısında biz xəstələr baş əyirik ALLAH Onları qorusun. Dərmanları xəstələrə satdıran kecmiş direktorun və ona bu alverdə kömək edənlərə ALLAH lənət eləsin AMMİN.

Son yazılar