Oqtay Əsədov Zahid Oruca: “Deyəsən, partiya yaratmaq istəyirsən”

Azərbaycan Milli Məclisinin spikeri plenar iclasda deputata atmaca ataraq onun yeni partiya yaratması arzusundan danışıb. Lent.az-ın məlumatına görə, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı söz alan deputat Zahid Orucun çıxışına spiker Oqtay Əsədov maraqlı reaksiya verib.

O, deputatın bir az əvvəl iclasda sazişlərin müzakirəsi zamanı Milli Məclisin fəaliyyətini rekord sürətçilikdə ittiham etməsinə yarızarafat cavab verib: “Bayaq bizim rekord sürətlə sazişləri təsdiqimizə söz atırdınız. Amma indi özün sürətlə elə danışdın ki, rekord göstərdin. Bilirəm ki, yeni partiya yaratmaq istəyirsən. Səni başa düşürəm. Allah xeyrini versin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar