“İŞİD hava zərbələrinə uyğunlaşır”

“Mobil və radio əlaqələr kəsilib”

Təxminən iki ay əvvəl ABŞ Şimali İraqda İŞİD mövqelərinə qarşı hava zərbələri endirməyə başladı. Son vaxtlar islamçı döyüşçülərin yeni reallığa uyğunlaşdığı əlamətləri aydın görünməkdədir. Bu barədə “BBC” radiosunun hazırladığı yazıda deyilir.

Şahidlər və tayfalara bağlı mənbələr bildirilər ki, İŞİD tərəfindən idarə olunan ərazilərdəki nəzarət-buraxılış məntəqələrində mobil telefonlardan istifadə kəskin şəkildə azalıb. Çünki hava hücumları zamanı hədəfdən yayınmağa çalışan İŞİD döyüşçüləri yaxşı bilirlər ki, mobil telefondan və radio əlaqədən istifadə onları canlı nişangaha çevirir.

Döyüşçülər zirehli texnikadan və ağır yük maşınlarından daha çox motosikletlərə üstünlük verirlər. Hədəfdən yayınmaq üçün mülki evlərin üzərindən də öz qara bayraqların asırlar.

Elə bu səbəbdən də koalisiya bombardmançıları yanlış hədəfləri vururlar. Zərbələrə qədər isə İŞİD üzvləri evakuasiya olunmağa macal tapırlar.

Kərkükün cənubundakı kəndin tayfa şeyxi adının anonim qalması şərti ilə deyir ki, İŞİD üzvləri "kənddi tərk edərkən onlara məxsus ən böyük qərargahlardan birini" özləri partlatdılar. Çünki bilirdilər ki, həmin qərargah tezliklə hədəfə alınacaq.

"Onlar bütün mebellərini, nəqliyyat vasitələrini və silahlarını götürdülər. Ondan sonra onlar yol qırağındakı ərazilərə bombaları quraşdırdılar və qərargahı dağıtdılar," şeyx belə deyib.

Onlar yüngül silahlardan istifadə etdiklərinə və kiçik qruplardan təşkil olunduğuna görə çevikdirlər, müntəzəm qoşunundan daha cəld çıxıb getməyi və yenidən qruplaşmağı bacarırlar.

"Bu sınanmış formuladır", Paul Qibson, istefaya çıxmış Britaniya Ordusunun briqada generalı belə deyir.

Hava zərbələri ilə üzləşən terrorçuların edəcəkləri birinci şey koalisiya qüvvələrinin vura biləcəyi mümkün hədəfləri azaltmaqdır. Onlar daha çox ətrafa səpələnəcəklər və mobil telefon və radio ilə kommunikasiyalarını heçə endirəcəklər.

“Terrorçular hava hücumları altında yaşamağın yollarını Əfqanıstan, Çeçenistan və Liviya kimi konfliktlər zamanı yaxşı öyrəniblər. Onlar havadan gələn bu kimi yeni təhdidə uyğunlaşmaqdadırlar”, general deyib.

“Twitter”də yeni məhdudiyyətlə bağlı İŞİD-in Mərkəzi Komitəsinin yazılı sərəncamı paylaşılıb. Təlimatlarda konkret hallarda görüləsi işlər sadalanıb: sakit hərəkət edin və mücahid dostunuzu təhlükədən qoruyun.

"Onlar əhali arasında özlərini gizlətməyə can atacaqlar. Onlar xəstəxanalar, məscidlər və başqa bu kimi binalardan istifadə edəcəklər ki, koalisiya qüvvələrinin hava zərbələrindən daha az itki ilə çıxa bilsinlər", təcrübəli hərbçi deyib. Onun fikrincə hava zərbələrindən mülki insanların böyük itkilər verməsini əks etdirən video-görüntülərin təbliğat vasitəsi kimi geniş yayılması yeni-yeni mücahidlərin prosesə cəlb olunmasına təkan verir. Terrorçular sosial mediadan bu istiqamətdə bacarıqla yararlanırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar