DÖVLƏT KİMLƏRƏ VƏ NƏ QƏDƏR YARDIM GÖSTƏRƏCƏK? - Mikayıl Cabbarov açıqladı

İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovməlumat verib.

"Proqramlar hazırlanarkən biz ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini həyata keçirmişik. Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Ən çox zərər çəkmiş sahələr, əhəmiyyətli mənfi təsirə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış sahələr və təsirə məruz qalmamış sahələr müəyyən edilib.

Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Proqramlar isə 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramların fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir", - deyə o, qeyd edib.

M.Cabbarovun sözlərinə görə, dövlət dəstəyini əhatə edən birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edəcək: “Proqramın əsas məntiqi fəlsəfəsi həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardımın göstərilməsidir. Burada işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Yanvar ayının nəticələrinə görə, orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır”.

Nazirin sözlərinə görə, son günlər baş verən proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib: "Bunlar ictimai iaşə, xidmət, turizm və s. sektorlardır. Digər 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalır. Burada biz 70% əmsalını tətbiq edirik. Yəni, təsir aşağıdır, amma əhəmiyyətlidir.

Proqramların çərçivəsi ondan ibarətdir ki, biz işçinin real maaşını, həmçinin respublika üzrə orta aylıq əmək haqqını götürürük. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əmək haqqı 712 manata bərabər olub. Aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara, müəssisələrə ayrılması təklif edilir. Orta aylıq əmək haqqını maksimal hədd kimi götürürük. Burada fəlsəfə ondan ibarətdir ki, əgər bu və yaxud digər işçi orta aylıq əmək haqqından çox əmək haqqı alırsa onun daha aşağı əmək haqqı alana nisbətən dərhal dəstəyə ehtiyacı daha fərqlidir”.

M.Cabbarov bildirib ki, virus pandemiyası ilə bağlı rabitə, maliyyə, bank, sığorta sahələri təsirə məruz qalmayıblar. Bu sahələrdə əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından yüksəkdir.

Hökumətin hazırladığı ikinci proqram 290 min fərdi sahibkarı əhatə edir. Söhbət 10 işçidən az işçisi olan, yaxud özü fərdi sahibkar kimi fəaliyyət göstərən mikrosahibkarlardan gedir: “Bir qayda olaraq mikrosahibkarların maliyyə yastığı dardır. Prinsip etibarı ilə dövlət tərəfindən tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər ilk növbədə zərbəni bu sektora endirib. Bu sektoru qoruyub saxlamaq üçün dəstəyə ehtiyac var. Biz burada baza kimi həmin mikrosahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad edirik. Ödənişlərin, birbaşa yardımların edilməsində həmin bazaya əsaslanırıq".

3-cü proqram vergi güzəştləri, tətilləri və imtiyazlarını nəzərdə tutulur: “Burada yenə də mənfi təsirə məruz qalan, eləcə də qalmayan sahələrlə bağlı tədbirlər nəzərdə tutulur. Yaxın günlərdə biz onların mahiyyətini açıqlayacağıq. Burada da məntiq ondan ibarətdir ki, ən çox təsirə məruz qalan sahibkarları və sahələri qoruyaq”.

Hökumətin dördüncü proqramı ipoteka kreditlərinə dəstəyi nəzərdə tutur:“Bildiyiniz kimi, burada İpoteka və Kredit Zəmanət Fondu fəaliyyət göstərir. Cənab Prezidentin sərəncamında da qarşımıza qoyulan vəzifə yalnız qısamüddətli təsirlərin qiymətləndirilməsi, qısamüddətli dövr üçün tədbirlərin müəyyənləşdirilməsi deyil, həmçinin ortamüddətli dövr üçün ölkənin yeni iqtisadi şəraiti ilə bağlı tədbirlərin hazırlanmasını nəzərdə tutur. Bu baxımdan, pandemiyadan sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürət yığması üçün aparıcı sektorlardan biri olacaq. Bu, bir neçə baxımdan belə qiymətləndirilir: həm əmək tutumlu olması, həm tikinti məhsullarının istehsalı sahəsinin inkişafı, həm də ümumiyyətlə, tikinti sektorunun miltipikativ effektinə görə”.

635x100

Şərhlər

Cavanşir 2020-04-08 11:29:40

Bu millətə adam qibtə edir.Balam, 0 ildir görmürsünüz ki,hakimiyyət "olmaz! qanunu tətbiq edir.Bunlardan nə gözləyirsiniz? Nazirlər kabinetinin qərarlarına diqqət etsəniz bu "olmaz"ların 60 ildir insanları məngənəyə saldığının şahidi olarsınız.

Köhnə ateist 2020-04-02 19:29:29

Ya Rəbbi!!! Keç bizim günahlarımızdan! Sən bağışlayanların ən böyügüsən! Bizi böyük mərhəmətinlə mühakimə elə!

Aslan 2020-04-01 11:58:35

İqtidarın yeganə "kadrı" budur! Tanış olun....

Siracəddin 2020-04-01 11:56:26

Buradan bir şey anlayan olfu? Mövzu hara,yazı hara? Nə üçün yazıldığıçı başa düşən oldusa.izah etsə yaxşı olar.

Siracəddin 2020-04-01 11:55:41

Buradan bir şey anlayan olfu? Mövzu hara,yazı hara? Nə üçün yazıldığıçı başa düşən oldusa.izah etsə yaxşı olar.

vuqar 2020-03-31 20:30:31

Yazini oxuyub basa dusmek ucun gerek asagisi 2 institut bitiresenki nese qavrayasan!

letif 2020-03-31 10:10:38

buda bir gerginlik yaradacaq hamini razi salmaq olmaz

Azad 2020-03-30 23:55:07

elə edəcəklər kikasıblara heç nə ala biləyəcək. Əsas summanı özləri mənimsəyəcək oğurlayacaqlar.

Xezer 2020-03-30 23:16:21

Kim ne başa düsdü?

t.ədalət 2020-03-30 22:34:30

Nazirin çıxışı çox qəliz izahlardan ibarətdir.Xalq bilmək istəyir ki,bu çətin və ağrılı günlərdə hakimiyyət ona yardım əli uzadacaqmı?Heç olmasa Rusiyadakı kimi əhaliyə pul yardımı veriləcəkmi?

Son yazılar