Azərbaycanda tibbi maska zavodu nə vaxt işə başlayacaq? - AÇIQLAMA

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə yaranan maska problemi ilə bağlı suallara AzTV-də cavab verib.

"Ölkədə maska qıtlığı məsələsi var. Ancaq bu o demək deyil ki, ölkədə maska yoxdur” - deyən mətbuat katibi Azərbaycanda maska istehsal edən zavodun nə zaman işə başlayacağı ilə bağlı suala da aydınlıq gətirib.

O bildirib ki, ölkədə maskalar ilk növbədə, həyati əhəmiyyətli obyektlərə, təhlükəzisliyimizi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanılır:

"Apteklərə də bəlli sayda verilir. Müəssisənin fəaliyyətinə gəlincə isə, bu istehsal prosesidir. Avadanlıq quraşdırılır. İstehsal prosesinin bir gün tez, bir gün gec olması mümkündür. Amma müəssisənin işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Burada maksimal gündəlik istehsal həcmi 200 min maskadır. Bundan əlavə, antiseptik gellər və spirtlər də müxtəlif qablaşdırmalarda istehsal olunacaq. Ancaq qeyd edim ki, bu istehsal prosesidir. Bunun gününü, saatını dəqiq demək çətindir. Mühəndislər başa düşürlər ki, bunu dəqiqliklə demək olmur”.

635x100

Şərhlər

Elli 2020-03-31 14:17:11

virus qurtarandan sonra istehsal edilər, hara tələsirik ki, o biri dünyaya?

Son yazılar