“Rusiyadan çox-çox böyük təyyarə gəlib...” - Tramp

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp göyərtəsində tibbi avadanlıq olan Rusiya təyyarəsinin ölkəyə gəlməsni pozitiv dəyərləndirib. Moskva ABŞ -a bu köməyi koronavirus pandemiyası ilə mübarizə məqsədilə göndərib.

“Rusiya bizə çox-çox böyük təyyarə göndərib - tibbi avadanlıqla dolu. Bu, çox əladır” - deyə, Tramp mətbuat üçün keçirilən tədbirdə xəbər verib. Prezident tədbirdə ölkəsinin virusla mübarizəsindən danışıb.

Onun sözlərinə görə, Çin və digər bir sıra dövlətlər də Ameikaya öz köməyini göndərib.

Hazırda ABŞ koronvairusla youxanların sayına görə, dünyada birinci yerdədir. Orada artıq 160 min insan virusa yoluxub. Koronavirus xəstələrinin dünyadakı sayı isə 700 min nəfəri keçib.

Bu ərəfədən ABŞ prezidenti bəyan edib ki, Moskva guya, dəfələrlə sanksiyaların götürülməsini Vşinqtondan xahiş edib.

«O (Putin - Red.) artıq iki ildir ki, bu barədə xahiş edir» - deyə, Tramp bildirib.

Ancaq Rusiya prezidentinin özü deyir ki, bir dəfə də olsun Qərb ölkələrinə belə xahişlə müraciət etməyib.

AzPolitika.info

635x100

Şərhlər

Səhiyyə Sevər 2020-03-31 13:49:39

Hansı vasitələrdir ki, RFdə artıqdır və ABŞda çatışmır? TP qardaşlığı?

Son yazılar