ÇİN DÜNYAYA YALAN MƏLUMAT VERİB - Vuhanda əslində 42 min adam ölübmüş

Çində koronavirusdan ölənlərin rəsmi sayının gerçəyi əks etdirmədiyi iddia olunur. 

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu Pekin mərkəzli “Caixin” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Vuhanda koronavirus qurbanlarının nəşi yandırıldıqdan sonra külü doldurulan qabların sayı həddindən artıq çoxdur.

Rəsmi məlumata görə, Vuhanda 3 300-ə yaxın insanın pandemiyanın qurbanı olmasına baxmayaraq, qəzet son həftələrdə şəhərə 6 500 ədəd kül qabının gətirildiyini yazıb.

Bundan başqa, qəzet krematoriyaların qarşısında yaxınlarının külünü götürmək üçün gələn insanlardan ibarət 200 metr uzunluğunda sıranın olduğunu da vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Başqa mənbələr də koronavirus epidemiyasının başlanğıc nöqtəsi və episentri hesab olunan Çinin Vuhan şəhərinin sakinləri ölüm sayılarının dövlət rəsmilərinin açıqladığının qat-qat üzərinə olduğunu bildiriblər.

Böyük Britaniyanın “Daily Mirror” qəzetinin məlumatına görə,  adlarının çəkilməsini istəməyən Uhan sakinləri  onlara koronavirusun əslində 40 mindən çox insanın canını aldığını deyib. Halbuki Çinin rəsmi rəqəmlərinə görə, COVİD-19 virusundan şəhərdə 3,3 min vətəndaş vəfat edib, 81 min şəxsdə isə yoluxma aşkar olunub.

Vuhanda yaşayanlar isə hər gün koronavirusdan ölənlərin küllərinin saxlandığı 500 urna (kül qabı) onların ailələrinə verilib. Yəni hər 24 saat 3500 yandırılımış cəsəd külü ölənlərin ailələrinə çatıb.

Şəhərin Hankou, Uçan və Hanyan səmtlərində hakim orqanlar vəfat edənlərin yaxınlarına hələ bu ilin aprel ayının 5-nə qədər belə urnalar ala biləcəkləri barədə xəbərdarlıq ediblər. Qeyd olunur ki, həmin tarix Çində “Sin Min” bayramı hesab olunur və o gün çinlilər mütləq ölən yaxınlarının qəbirlərini ziyarət edirlər.

Beləliklə, aprel ayının 5-nə qədər daha 42 min cəsəd külü doğmalarına çatdırılmalıdır.

Məlum olduğu üzrə Çin Milli səhiyyə komissiyası ölkədə koronavirusun yayılmasının qarşısının alındığını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar