Konqres binasına hücum edildi

Nümayişçilər piolislərin cəzalandırılmasını tələb edirlər

Meksikada polisin altı nəfəri öldürməsinə etiraz olaraq yerli əhali Querrero ştatında konqres binasına hücum edib.

ANS PRESS-in məlumatına görə, keçən həftə baş vermiş hadisə ilə əlaqədar İquala şəhərində 22 polis zabiti həbs edilib. Hadisə nümayişdə iştirak edən tələbələrin üç avtobusu ələ keçirməsindən sonra polislə toqquşmalar zamanı baş verib.

Mətbuat konfransında Querrero ştatının prokuroru İnaki Blanko polisin açıq-aşkar həddini aşdığını bildirib.

Hadisədə 6 nəfər öldürülüb, 25 nəfər xəsarət alıb və 57 nəfər itkin düşüb. Rəsmilər onların axtarışını davam etdirir. Querrero yoxsulluq səviyyəsinin yüksək olduğu və narkotik alverçilərinin çoxluq təşkil etdiyi ştat hesab edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar