Kemeron Aİ tərkibində qalmağa "yox" deyir

Britaniyanın baş naziri Devid Kemeron Britaniyanın üzvlük şərtlərinə yenidən baxılmasa, Aİ-dən ayrılmaq üçün kampaniya aparacağını bildirib. Xəbəri "EUobserver" yayıb.

Sentyabrın 28-də Kemeron BBC-yə müsahibə verib. "Britaniya üçün Aİ maraqlı olmasa, mən də onun tərkibində qalmaq üçün mübahisə etməzdim. Buna nail olmasam, qalmaq və ya ayrılmaq haqqında Britaniya ictimaiyyəti özü qərar verəcək", - o deyib.

Qeyd edək ki, Kemeron gələn may seçkilərində özünün mühafizəkarlar partiyası qalib gələcəyi təqdirdə, 2017-ci il referendumunadək Britaniyanın üzvlüyünə yenidən baxılmasına çalışır. "İstəyirəm ki, Avropanın digər 27 ölkəsi ortada bir planın olduğunu görsün. Bu plan Aİ-də islahatların keçirilməsi, Britaniya ilə münasibətlərin dəyişilməsi və Britaniyanın İttifaqda qalması ilə nəticələnə bilər", - sentyabrın 28-də Kemeron deyib.

Kemeronun öz partiyasını Avropada bir arada tutmaq cəhdi ötən həftə uğursuz olub. Belə ki, sıravi parlament üzvü Mark Rekles mühafizəkarlar partiyasının Birminqemdəki konfransı ərəfəsində anti-Aİ "Ukip" partiyasına keçib. Bir ayda 2-ci adamın "Ukip" partiyasına keçməsi o deməkdir ki, Kemeron parlamentarilərin tərəf dəyişdirməsinin qarşısını almaq üçün öz siyasətində dəyişiklik edə bilər.

Kemeron güman ki, konfransda Aİ-nin "mobillik azadlığı" prinsipi ilə bağlı hökumətlərə daha çox nəzarət səlahiyyəti verilməsini tələb edəcək. Bu qaydalar Aİ vətəndaşlarının İttifaqın digər ölkələrində yaşaması və işləməsinə imkan verir. Kemeron həmçinin "müavinət turizmi" ilə mübarizə aparacağını bir daha vurğulayacaq.

Rekles Kemeronun Aİ-də immiqrasiya ilə bağlı fikirlərinə görə Naycl Faraajın (Nigel Farage) "Ukip" partiyasına keçdiyini bildirib. O deyib ki, Kemeron "üzvlüyə yenidən baxılmasında" ciddi deyil. Faraaj isə "Ukip" rəsmiləri ilə mühafizəkarlar və leyboristlər arasında danışıqların aparıldığını bildirib.

Qeyd edək ki, Reklesin və Duqlas Karsvelin (partiyaya avqustda keçmişdi) yaxın dostu Den Hennan mühafizəkarları heç vaxt tərk etməyəcəyini bildirsə də, dostları onu Faraajın yanına çəkmək istəyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar