Çin koronavirusa qarşı effektli dərman tapıb

Çin hakimiyyəti COVİD-19 pnevmoniyasını müalicə etmək üçün «Aviqan» qrip əleyhinə dərmandan istifadə etmək niyyətindədir. Bu barədə «NHK» telekanalı xəbər verib.

Biotexnologiyaların inkişafı milli Mərkəzinin başçısı Çja Sinminin bəyan etdiyi kimi, Çin hakimiyyəti dərmanı Vuhan və Şençjen şəhərlərində sınaqdan keçirib. Testlərdə uyğun olaraq, 240 və 80 pasiyent iştirak edib.

Ortalama, pasiyentlərdə 2,5 gündə temperatur normallaşıb. Dərmandan istifadə edilmədiyi halda analoji proses 4 gündən çox vaxt aparıb. Dörd gün yarımdan sonra «Aviqan»dan istifadə edildiyi halda, sınağa məruz qoyulmuş pasiyentlərdə öskürək dayanıb. Dərman qəbul etməyələrdə bu simptom demək olar 6 gün davam edir.

Bu zaman Çja Sinmin qeyd edib ki, preparat qəbul etmiş pasiyentlər 4 gündən sonra təkrar testə məruz qoyulub və nəticəsi mənfi olub. Dərman qəbul etməyənlərdə belə nəticə ortalama, 11 gündən sonra əldə olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar