“Günay Sığorta” və “Sağlam Ailə”nin təşkilatçılığı ilə koronavirusla bağlı sosial layihə davam edir - FOTOLAR

“Günay Sığorta” ASC və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə vətəndaşlarımıza dəstək məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihəsi davam edir.

Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVİD-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi daşıyır.

"Günay Sığorta” ASC və "Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə icra olunan layihə çərçivəsində Bakı şəhərindən sonra Sumqayıt şəhərində də vətəndaşlara dezinfeksiyaedici məhlul, salfet və maarifləndirici materiallar paylanılıb və vətəndaşlara zəruri olmadığı halda evdə çıxmamaqları, Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə əməl etmələri söylənilib.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində regionlarda da cari fəaliyyət davam etdiriləcək.

Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyəti düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır. Hər bir vətəndaş bu çağırışlara həssas yanaşmalıdır, çünki "Ailənizin sağlamlığı sizin sığortanızdır!".

635x100

Şərhlər

gogi 2020-04-01 12:34:47

test

Son yazılar