“DTX-nın bizim rayona gəlməsi mümkündür” – Deputat

Milli Məclisin yeni seçilən gənc deputatı Bəhruz Məhərrəmov facebook üzərindən canlı yayım edib.

“Yeni Sabah” xəbər verir ki, deputat seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyib və suallarına cavab verib.

İzləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışarkən DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu deyib.

Buna deputatın cavabı isə gözlənilməz olub.

Belə ki, seçiciyə cavabında “DTX-nın bizim rayona gəlməsi mümkündür” deyən Bəhruz Məhərrəmov əlavə edib ki, bu, icra hakimiyyəti ilə adıçəkilən qurumun arasında olan məsələdir.

635x100

Şərhlər

Vətəndaş 2020-04-01 11:52:25

Elə bütün icra hakimiyyətlər eyni üsulla işləyir....Seçoimə ehtiyac yoxdur.Hamısı eyni cinayət iştirakçılarıdır.

Son yazılar