Bəzi qanunlara dəyişiklik edilir

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, iclası komitə sədri Musa Quliyev aparıb.

Tədbirə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrinin əməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar