Dövlət dili normalarını pozanlar min manatadək cərimələnəcək

Dövlət dili normalarını pozanlar cərimələnəcək.

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 533-1 maddəsi təklif olunur.

Layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

t.ədalət 2020-04-01 13:32:37

Bizim dövlət dili nazirliklərdə təhqir olunur.Nazirlər tabeçiliklərində olanlarla,ancaq rusca danışır.XİN,Gənclər və idman nazirliyi,səhiyyə nazirliyi...,hansını deyim?Azərbaycan dilini bəyənməyənlər,sərvətimizi talayıb ətraflarına puldan "barrikadalar" quran məmurlardır.Nə qədər ki ölkəmizdə rus dilinə qapı açılıb,rus dili təbliğ olunur,deməli,müstəqilliyimiz də təhlükə altında olacaq.....

Son yazılar