KİV-in dilinə dair yeni tələb müəyyənləşir

Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşir.

APA-nın məlumatına görə, “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Layihə Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

635x100

Şərhlər

t.ədalət 2020-04-01 20:07:10

Bu yazı N.Həbibinin tez-tez oxuduğu bir manının tərs vaiantını yadıma saldı:"Hıqqana-hıqqana danışan nazirlərin tele-efirdən bizə baxan gözlərinə çox nifrət edirəm.."Barı,özləri də özlərinin düşdüyü vəziyyətə baxıb nəticə çıxasalar,nə olar?

t.ədalət 2020-04-01 16:27:07

Məncə,birinci olaraq,qadağalar və tələblər qanı ermənilərlə qarışıq olan,efir məkanında dövlət dilində "gücənə-gücənə" danışan nazirlərə tətbiq edilməlidir.

Son yazılar