"Aeroportda iki ailə və iki xəstə vətəndaşımız qalıb" - Azərbaycan səfiri

“Koronavirus pandemiyasına görə martın 15-dən Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyyə prosesi başlayıb. Bunun üçün 8 aviareys təşkil edilib və 2201 vətəndaşımız, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qeyd etdiyi kateqoriyalar üzrə şəxslər Azərbayacana qayıdıb. Həmçinin Naxçıvana keçməklə vətənə qayıdanlar da olub".

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.

O deyib ki, hazırda Türkiyədən Azərbaycana qayıtmaq istəyənlər yenə var, həmin şəxslər səfirliyə və İstanbuldakı konsulluğa müraciət edirlər:

"Bildiyiniz kimi, Türkiyə hökumətinin qərarı ilə xaricə aviareyslər dayandırıb. Hazırda Türkiyə hökuməti bir şəhərdən digərinə səfər etmək üçün üçün məhdudiyyətlər tətbiq edir və ancaq hökumətdən rəsmi icazə aldıqdan sonra səfər etməyə icazə verilir. Ona görə də bu vəziyyət Azərbaycan vətəndaşlarının qayıtması üçün məhdudiyyətlər yaradır".

Onun sözlərinə görə, hazırda İstanbul Hava Limanında Azərbaycan vətəndaşları var:

"Əfsuslar olsun ki, bu günə qədər aeroportda iki ailə və iki xəstə vətəndaşımız da qalıb. Biz çalışırıq ki, onlara kömək edək. Baş Konsuluğumuz daim onlarla əlaqədədir. Əgər çarter reysi olsa ilk növbədə həmin vətəndaşlarımız və onlar kimi vəziyyətdə olan vətəndaşların Azərbaycana qayıtması təmin ediləcək.

Dediyim iki xəstə xanım bildirir ki, biz hava limanından kənara çıxsaq təkrar qayıtmağa icazə verilməyə bilər. Səfirlik onların ehtiyaclarının ödənməsi üçün ilk gündən əlində gələni edir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar