DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır

Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

“AzPolitika.info” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında belə deyilir.

Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

635x100

Şərhlər

Adsiz 2020-04-02 11:00:45

Bu xestelik adi qripden 1 az gucludu. Ne salmisiz panemita? Aya 12.000 adam olub. une gelir 400 Bu virusduku? ..

t.ədalət 2020-04-01 16:11:18

Əhalinin iradəsini zorlayıb virusla mübarizə aparmaq nəticəsiz olacaq.Virusla mübarizə əhalinin maddi ehtiyaclarına əsaslı köməklik göstərmək,vəziyyətdən istifadə edib büdcəni doldürmaq üçün edilən cərimələrə son vermək lazımdır.Hazırda həyata keçirilən karantin tədbirləri hansısa fövqəladə vəziyyət zamanı ölkədə qadağaların tətbiq olunmasının,sanki məşqləri aparılır.Elə bu gün evdən çıxıb çörək almaq istəyirdim ki,yanında iki təlim görmüş daxili xidmət əsgəri olan polis mənə çımxırdı.Mən onu başa salmağa vaxt ayırmadım.Çünki,o ,mənimlə eyni dərdin daşçıyıcısı kimi yox,zalım bir tip kimi danışırdı..

Son yazılar