İspaniyada pandemiya qurbanlarının sayı 9 000-i keçdi

İspaniyada koronavirus qurbanlarının sayı kəskin artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 9 054 nəfərə çatıb.

Bundan başqa, COVID-19-a yoluxma faktlarının rəsmi sayı isə 102 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 872 700-ü ötüb. Bunların 174 514 nəfəri sağalıb, 43 269 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar