Bu il Həcc ziyarəti olmaya bilər - Səudiyyə rəsmisi müsəlmanlara çağırış etdi

Səudiyyə Ərəbistanının rəsmisi bu il həcc ziyarətinə getmək istəyən 1 milyondan çox müsəlmana planlarını yubatmaq çağırışı edib. “The Associated Press” agentliyi koronovirus pandemiyasına görə bu il Həcc ziyarətinin olmayacağı ehtimalından yazır.

Fevralda krallıq görünməmiş addım ataraq əcnəbilərin müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərlərini dayandırıb. Hətta dünyada on milyonlarla insanın həyatına son qoymuş 1918-ci il qrip epidemiyası zamanı da belə bir addım atılmamışdı.

Səudiyyədə koronavirusa 1500 nəfər yoluxub, 10 nəfərin vəfat etdiyi açıqlanıb. Ümumilikdə Yaxın Şərqdə yoluxanların sayı 71 mini keçir, çoxu da İranın payına düşür. 3 min 300 nəfər dünyasını dəyişib.

“Səudiyyə Ərəbistanı krallığı bütün müsəlmanların və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır. Ona görə də dünyadakı müsəlmanlardan xahiş edirik ki, tur operatorları ilə müqavilələri bizim planımız aydınlaşanədək yubatsınlar,– Səudiyyənin Həcc vəÜmrə naziri Məhəmməd Saleh bin Tahir Banten dövlət televiziyasına deyib.

Səudiyyə Məkkə və Mədinə daxil olmaqla üç böyük şəhərə giriş-çıxışı yasaqlayıb vəölkə boyunca gecə komendant saatı tətbiq edib. Eləcə də kommersiya reysləri təxirə salınıb.

Hər il 2 milyonadək müsəlman həcc ziyarətinə gedir. Bu, fiziki baxımdan çətin, eyni amanda bahalı ziyarətə bütün dünyadan dindarlar qoşulur. Həcc hər bir sağlam müsəlman üçün vacib sayılan əməldir.

“Saudi Press” Agentliyi çərşənbə günü Bantenin dediklərini yayaraq əlavə edib ki, müsəlmanlar həcc planları qurmaqda səbrli olmalıdırlar. Ziyarətin bu il iyulun sonunda başlanması gözlənir.

Krallığın Al Səud hakim ailəsi neftlə zəngin ölkədə həcc yerlərinə nəzarət və mühafizə etməklə legitimliyini gücləndirir. Kral Salman ölkədəki koronovirus xəstələrinin müalicə xərclərini hökumətin qarşılayacağını bildirib. Bu xəstələrə ziyarətçilər, əcnəbi rezidentlər, ölkədə qanunsuz yaşayanlar da daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar