Neft Fondu martda valyuta satışını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 mlrd. 771,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Təkcə mart ayında isə ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin mart ayına nisbətən 3,2 dəfə çoxdur. 

635x100

Şərhlər

t.ədalət 2020-04-01 16:30:21

Xarici valyutanın satışı artmasa dövlət əmək haqqı və pensiyaların ödənilməsinə milli valyuta tapa bilməz.

Son yazılar