Avrokubokların yeni tarixi müəyyənləşdi

Çempionlar Liqası və Avropa Liqasının oyunları növbəti dəfə təxirə salınıb.

"Report"un Almaniyanın ZDF telekanalına istinadən məlumatına görə, bu barədə qərar UEFA-nın bu gün quruma üzv 55 assosiasiya ilə keçirdiyi video-konfrans zamanı qəbul olunub.

İddiaya görə, qitə futbol qurumu avrokubokların iyul və avqust aylarında bərpa olunmasını təklif edib. Həmçinin UEFA-nın avrokuboklarla paralel olaraq, milli çempionatların da keçirilməsini tövsiyyə etdiyi bildirilib.

Qeyd edək ki, ki Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən etibarən dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar