"Qarabağdakı “seçkilər” qanunsuzdur" - Rumıniya XİN

Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı qondarma “seçkilər”lə bağlı bəyanat verib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla davamlı həllinə dəstək verə biləcək yeganə format olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verməyə sadiq olduqları bildirilir.

“Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçı bölgəsində 31 mart 2020-ci il tarixində keçirilmiş qondarma “seçkilər”i qanunsuz hesab edərək bunun həmin münaqişənin dinc və razılıq yolu ilə həllinin tapılması prosesinə xələl gətirməyəcəyinə əmin olduğunu bildirir”, - Rumıniya XİN-in bəyanatında qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar