ABŞ-da bir nəfər Ebola virisuna yoluxub

Texasda bir kişi Ebola virusuna yoluxub.

Birləşmiş Ştatlar birinci dəfədir bu ölümcül virusla yoluxma halını açıqlayır.

Həmin şəxs bu yaxınlarda Qərbi Afrikada olub və Texasa qayıdandan bir neçə gün sonra ondan xəstəliyin simptomları yaranıb.

Adı açıqlanmayan xəstə izolyasiya olunub.

ABŞ prezidenti Barack Obama və Xəstəliyə Nəzarət Mərkəzinin rəhbəri Ebolanın yayılmaması üçün “sərt izolyasiya protokolları”nı müzakirə ediblər.

Dr. Tom Frieden Obamanı əmin edib ki, Birləşmiş Ştatlar Ebola təhlükəsinə səmərəli reaksiya vermək üçün gərəkən infrastruktura malikdir.

Qərbi Afrikada Eboladan 3 mindən çox adam ölüb. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar