BU ŞƏXSLƏR SMS-lə İCAZƏ ALSA BELƏ, EVDƏN ÇIXA BİLMƏZ - Rəsmi

Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxa biləzlər. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq.

Trend- xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər. C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır.

Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir: "Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər".

C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər: "Bu, o demək deyil ki, vətəndaş Yasamal rayonunda yaşayırsa, mütləq Yasamaldakı aptekdən dərman almalıdır. Digər apteklərə də gedə bilər. Amma müəyyən edilmiş müddətdə geri qayıtmalıdırlar".

Sədr müavini bildirib ki, həkimə getmək üçün icazə alan şəxsin müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

C.Salmanov əlavə edib ki, KİV nümayəndələri, eləcə də fəaliyyətinə icazə verilən digər şəxslər əmək fəaliyyəti üçün sərbəst hərəkət edə bilərlər. Ancaq aprelin 5-dən onlar da evdən alış-veriş üçün çıxarkən digər vətəndaşlar kimi SMS göndərməlidirlər.

635x100

Şərhlər

Aqahüseyin Aqayev 2020-04-06 17:10:42

Camaatı xəstəlik yox,Azərbaycanın komissiyada toplanmış savadsız və naşı adamlarının gəldiyi nəticə anti-insani,anti-bəşəridir.....Bu,"Kəlilə və Dimn

T.ədalətə əlavə 2020-04-05 16:10:37

məmurların 80 faizi,icra başçılarnın 99 faii belə təsadüfi,naşı və xalqdan ayrı salınmışlardır.Ona görə Axərbaycan bu günə düşüb....

Taca Müti ədalətə 2020-04-04 00:05:48

Dövlət, hələ seçkidən öncə yaşlıların yerini gənc "könüllü"lərə verib!

Salmanova 2020-04-03 21:11:59

Əgər 65 yaşdan yuxarı vətəndaşlara evdən çıxmaq hətta icazə ilə də olursa o zaman 65 yaşdan yuxarı pensiyaçıların pensiysı necə alınacaq?Evlərə çatdıracaqlqr?;

Pensiyaci 2020-04-03 20:35:45

65 yasdan yuxari pensiyacilar pensiy almaq ucun ne etmelidirler?

t.ədalət 2020-04-03 16:29:22

...əsası olmayan qadağadır.Yaşı 65-keçən adamların,məgər yaşamaq haqqı yoxdur?Camaatı xəstəlik yox,Azərbaycanın komissiyada toplanmış savadsız və naşı adamlarının gəldiyi nəticə anti-insani,anti-bəşəridir.....Bu,"Kəlilə və Dimnə" əsərində özünü meymuna tapşırıb yatan adamın aqibəti kimi faciə ilə sonuclana bilər

Son yazılar