“ƏN EFFEKTİV YOL FÖVQƏLADƏ VƏZİYYƏT ELAN ETMƏKDİR” – Deputat və ekspertin şərhi

Nazirlər Kabinetinin qərarı ilə aprelin 5-dən Azərbaycanda hərəkət məhdudiyyəti qoyulacaq. Qərarda dövlət əhəmiyyətli qurumların, ölkədə akkreditasiya olunmuş beynəlxalq təşkilatların, Kütləvi Informasiya Vasitələrinin və bir sıra sahələrin təmsilçilərinin xidməti vəsiqələri, yaxud iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol veriləcəyi bildirilir. Amma qalan şəxslər yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Deputat Fazil Mustafa deyib ki, koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq üçün ciddi qadağalar tətbiq olunmalıdır: "İnsanların ehtiyacı var, hər bir məsələdə umacaqları, çətinlikləri mövcuddur. Bunlar hamısı məlumdur. Amma onlar anlamalıdır ki, belə həyati riskə getmək olmaz".

Deputata görə, bu addım zəruridir, yalnız vacib sahələrdəçalışan insanlar üçün buraxılış tətbiq edilməlidir, ictimai nəqliyyatın fəaliyyəti dayandırılmalıdır:"Avtobuslara 30-40 nəfər dolur və potensial təhlükə yaranır. Bu, 20 günlük müvəqqəti çətinlikdir...".

Bu halda qeyri-leqal günəmuzd işləyən vətəndaşların dolanışığı ilə bağlı isə deputat qeyd edib ki, onların siyahısı hazırlanmalı, yerli icra hakimiyyəti orqanları həmin ailələrin azuqə ilə təmin olunmaları istiqamətində addım atmalıdırlar: "Evdə oturan insan minimum yaşam standartları ilə təmin edilməlidir. Bunun müəyyən olunmasıüçün də bələdiyyələr, mənzil-istismar idarələri siyahıyaalma prosesini təcili gerçəkləşdirməlidirlər. Bu bilindikdən sonra artıq bu məsələnin həlli mümkün olacaq".

Azərbaycandan öncə virusun baş qaldırdığıİranla sərhədin gec bağlanması ilə bağlı sosial şəbəkələrdə yer alan tənqidi fikirlərə gəldikdə isə, deputat bunları deyib:"İranla sərhəd zamanında bağlanıb. Sərhəd bağlamaq elə də asan deyil. Təsəvvür edin, sərhəd bağlanıb, xeyli insan da İrana müalicəyə gedib. Bu vətəndaşlarımız qayıtmalıdırlar... Amma yenə də sərhədlər vaxtında bağlanıb".

Hüquqşünas Hafiz Həsənov isə “Azadlıq” radiosuna deyib ki, Nazirlər Kabinetinin aprelin 5-dən tətbiq edəcəyi yeni məhdudlaşdırıcı qadağalar insanlarda bir sıra problemlər yaradacaq:"Çünki bu qadağaların tənzimləyə bilmədiyi məsələlər var. Günəmuzd işləyənlər, fərdi sahibkar kimi fəaliyyət göstərənlər üçün problemlər yaranacaq. Bunun necə tənzimlənməsi bu qaydalarda əksini tam tapmır".

Hüquqşünasa görə, burada ən yaxşı variant müəyyən vaxt müddəti ilə tənzimlənən fövqəladə vəziyyət elan etmək olardı:"Dünya təcrübəsi də göstərir ki, burada daha çox səmərəli özünütəcrid üsuludur. Amma bu təcrid də sistemli olmasa, müəyyən problemlər yaranacaq. Bunun icrası yenə pərakəndə və dağınıq olacaq".

O deyib ki, dövlətin öhdəlikləri var, ölkə maska ilə təmin olunmalıdır.

İranla sərhədin bağlanması vaxtına gəlincə, H. Həsənov hesab edir ki, sərhədlər dərhal qapanmalı idi: "Fikrimcə, bu addım Azərbaycanda koronavirusa yoluxmanın da səviyyəsinə təsir göstərərdi, buna çevik yanaşılmalı idi. Sərhədlər tez qapansa idi, fəsadlar indiki kimi olmazdı. Odur ki, indi özünütəcriddən başqa effektiv yol qalmayıb. Amma dünya təcrübəsi göstərdi ki, dövlətlərin əksəriyyəti gözlənilməz risklərə heç də hazır deyilmiş".

635x100

Şərhlər

Obyektiv 2020-04-05 01:38:18

Sen ALLAH biraz agilli danişin! Heç olmazsa imkan verin savadli ve xaLqa can yandiran deputatlar mentiqli tekLifLerini versinler!..

Müfəttiş 2020-04-04 15:03:31

Nə deyirsən de, bu Hökumətə ver demə....

Azər 2020-04-04 14:12:34

Raziyam ki.İranla sərhəd ən azı 10 gün tez baökansaydi və yaxud burdan ora gedənləri buraxnasaydıq daha yaxşı olardı.Eyni zanannda irandan gələnləri fevralln əvvəlindən karantinə alsaydiq bizdə bu qədər yoluxma olmazdı

"deputata" 2020-04-04 13:15:02

Belə deputatlar necə ortaya çıxıarılır? Adam! Fövqəladə vəziyyətin buynuzu olur? Artıq bu vəziyyət çoxdan qüvvədədir.İnsanlar evdə oturub, İcaz sənədləri,qaydası elan olunub.küçələr boş!Qalıb bir evdə qal,acından ol!

vidadi 2020-04-04 10:58:32

ozei shirketde calishan ishciler hamisi evde oturur,shirket xidmet gosterib fehlelere mash odeyirdi,indi ish yoxdur fehleye sosial mudafie fondu pul odemelidirmi,bilen varsa yazsin

Adil 2020-04-04 10:36:43

Qûnemuzd ishleyenner nece qûndûki , evde oturublar pullarida yoxdu ))) Fazil deyir ki , bunnan sora nese elemelidiler (( adamlarin pulu qutaribeeeee ay deputat!!

omer 2020-04-04 09:57:06

f.v.elan etmeye zemin varmi?umumen hansi hallarda bunu etmek olar?qaldiki qerb olkeleri oz yasam terzlerine gore bele hala dusubler

omer 2020-04-04 09:54:22

huquqsunas muellim fovqalade veziyyet elan etmeye zemin vaa

t.ədalət 2020-04-04 09:40:07

İnsanların "umacağı"-deyəndə,unutmamalıyıq ki,karantin rejimi ilə əlaqədar dünya ölkələri öz vətəndaşlarının ehtiyacını qarşılayır və buna borcludurlar.Odur ki,kimisə dərd qarşısında alçaltmaq lazım deyil..

Son yazılar