Baş prokurordan korrupsiya hesabatı

“Korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyətinin aparılması üzrə ixtisaslaşdırılmış dövlət orqanı funksiyalarını həyata keçirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti bu sosial bəlanın aradan qaldırılması üçün ciddi tədbirləri davam etdirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. O, bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlib: “Belə ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olmuşdur ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilmiş, 18 müraciət üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilmişdir. Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmişdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar