Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 138-ə yüksəlib

Cənubi Koreyada 10 237 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 138 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 6 463 nəfərə çatıb.

“Report” RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib. Belə ki, bir gün ərzində koronavirusa 81 yoluxma qeydə alınıb.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib.

Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması növbəti dəfə, 9 aprelə qədər təxirə salınıb. Bu tarixdən dərslər onlayn tədris olunacaq.

19 571 nəfərdən götürülən analizlər hələ yoxlanılır. Ümumilikdə isə ölkədə koronavirusa görə 431 000 test edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar