Lənkəranda karantinə görə həbs edilən şəxsdən narkotik aşkarlandı - FOTO

Lənkəran rayonunun Parakənd kənd sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar