Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb

Cənubi Sudanda koronavirusa ilk yoluxma aşkarlanıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Eye Radio” radiostansiyası ölkənin vitse-prezidenti Riek Maşara istinadən məlumat yayıb.

Qeyd edilir ki, virusa 29 yaşlı şəxs yoluxub. O, BMT əməkdaşıdır. Həmin şəxs ölkəyə fevralın 29-da Niderlanddan gəlib.

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə246 174 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar