Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirib - YENİLƏNİB

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Fəzail Ağamalı APA-ya açıqlamasında bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib.

O qeyd edib ki, hadisə ilə bağlı həmin vaxt polisə müraciət edib:

"Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".

Qeyd edək ki, bu gün Türkiyənin "Sabah" qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.


***

Millət vəkili Fəzail Ağamalı qızı və nəvəsilə birgə Türkiyəyə səfərdə olduğu zaman taksi sürücüsü tərəfindən soyulub.

Oğurluğun detalları barədə “Sabah” qəzeti məlumat yayıb. Bildirilir ki, millət vəkilinin pul kisəsindən 2 min lirə oğurlamış sürücü artıq həbs olunub. Barəsində cinayət işi açılmış sürücü 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Türkiyədə səfərdə olan azərbaycanlı millət vəkili Fəzail Ağamalı İstanbulda qaldığı otelə getmək üçün qızı və nəvəsilə birlikdə mindiyi taksidə soyulub. Taksi sürücüsü pulu əvvəldən istəyib və Ağamalı ödəniş etmək üçün pul kisəsini çıxarıb. Az sonra o, sürücüdən şübhələnərək, avtomobildən düşüb. Pul kisəsini yoxladıqda pulunun oğurlandığını görən millət vəkili dərhal polis məntəqəsinə yollanaraq, taksi sürücüsündən şikayət edib.

Sürücü gedişhaqqını nəğd istəyib

Azərbaycanlı millət vəkili polisə ifadəsində başına gələnlər haqda bunları deyib: “Axşam saatlarında qızım və nəvəmlə birlikdə Beşiktaşa getmək üçün Çağlayan Prokurorluğunun qarşısında taksiyə mindik. Taksi sürücüsü hərəkətə başlamadan məndən 25 lirə tələb etdi. Tıxac səbəbilə başqa taksi tapa bilməyəcəyimizi düşündüm. Bu üzdən pul kisəmi çıxararaq, ödənişi etmək istədim. Bu zaman sürücü əlimdə tutduğum pulun hamısını götürdü. Niyə belə etdiyini soruşdum, dedi ki, üzərindən 25 lirə götürəcək. Mən dərhal pulumu geri aldım. Ancaq bir qədər sonra şübhələndim və Beşiktaşa çatmamış taksidən düşdüm”.

Həbs edildi

Ağamalı ifadəsində bildirib ki, taksidən düşdükdən sonra pul kisəsini yoxlayıb və bu zaman orada 2 min lirənin çatmadığını görüb.

Azərbaycanlı deputatın şikayətindən sonra taksi sürücüsü Selami T. saxlanılıb. O, ifadəsi alındıqdan sonra məhkəmənin qərarı ilə həbs edilib.

“Oğurluq etməmişəm, pul yerə düşmüşdü”

İstanbul Cümhuriyyət Məhkəməsi Selami T. ilə bağlı istintaqa başlayıb. Sürücü ifadəsində bunları deyib: “Beşiktaşa getmək üçün 25 lirə təklif etdi. Bu pula Beşiktaşa gedə bilməyəcəyimi söylədim və bundan sonra onlar maşından düşdülər. Bir müddət sona sağ ön oturacağın altına pul düşdüyünü gördüm”. Sürücü pulu deputata qaytardığını, oğurluq etmədiyini bildirib.

10 il müddətinə həbsi istənilir

Prokurorluq tərəfindən aparılan istintaq, alınmış ifadələr əsasında şübhəli Selami T barəsində cinayət işi açılıb. “Şəxsin əlində və ya üzərində olan əşyanı xüsusi bacarıqla götürərək oğurluq” maddəsilə təqsirləndirilən sürücü 10 ilədək azadlıqdan məhrum edilə bilər. O, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.

WorldMedia.Az

635x100

Şərhlər

Elli 2020-04-05 20:00:53

malades

t.ədalət 2020-04-05 20:00:45

Fəzail Ağamalının pulunu oğurlamaq olar?Vaxtı ilə dövlətin tapşırdığı nazirliklərdən birindən aylıq pulu almaq üçün hamıdan qabaq gedərdi.Deyirlər ki,onu görmək istəməyən nazir pulu konvertə qoydurub qapıçıya tapşırırmış ki,görən kimi ver getsin.(Necə ki Ərəstun Cavadov Nemət Pənahlıya tapşırıqla aylıq verirdi).

Son yazılar