Fransada koronavirusdan ölənlərin sayı 8 mini ötüb

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 8078-ə çatıb.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Sanitariya-tibbi agentliyinin açıqlamasında qeyd edilib.

Ölkədə bu günədək virusa yoluxma hallarının sayının 70478 olduğunu bildirilib. Hazırda 6978 nəfər reanimasiyadadır, 16183 nəfər sağalaraq xəstəxanadan buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar