Azərbaycanda fişinq fəallığı artıb

Azərbaycanın ".az" domenində olan saytların 542-si fişinq hücumuna məruz qalıb ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 1,56%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, bu göstərici son bir ay ərzində 0,26 faiz bəndi artıb.

Ümumilikdə, Azərbaycan saytlarının hər 64-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib. Qeyd edək ki, bu günə ".az" domenindən 34 712 sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 195, Rusiyada – 315, Belarusda – 590, Latviyada – 219, Litvada - 247, Estoniyada – 299, Qazaxıstanda – 827, Özbəkistanda – 245, Tacikistanda – 24, Qırğızıstanda – 297, Gürcüstanda – 184, Ermənistanda isə 269 sayta bir uğurlu fişinq hücumu düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar